Paralimpiyaçımız Soçidə 69 metr yüksəklikdən tullanıb

Paralimpiyaçımız Soçidə 69 metr yüksəklikdən tullanıb

Azərbaycan Milli Paralimpiya Komitəsi yaranmasının 20 illik yubileyini Soçinin "Skypark”ında qeyd edib. Bayram tədbirində komitənin birinci vitse-prezidenti Natiq Qasımov, paralimpiyaçı Kamal Məmmədov və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi Danya Dadaşova iştirak ediblər. Tədbir Kamal Məmmədovun əlil arabasında 69 metr yüksəklikdən tullanması ilə açılıb. Paralimpiyaçı qeyd edib ki, belə tullanışlar streslərdən, depressiyalardan və qorxulardan müalicə vasitəsidir. Daha sonra Natiq Qasımov və Danya Dadaşova yüksəklikdən tullanıblar.