Azərbaycan atleti Beynəlxalq Triatlon Federasiyasının reytinq cədvəlində irəliləyib

Azərbaycan atleti Beynəlxalq Triatlon Federasiyasının reytinq cədvəlində irəliləyib

Beynəlxalq Triatlon Federasiyası idmançıların yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində bir pillə irəliləyib. Bununla da idmançımız 1963,03 xalla 23-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəlinə ispaniyalı Xavyer Qomes başçılıq edir.