Tokionun şansı yüksək qiymətləndirilir

Tokionun şansı yüksək qiymətləndirilir


«Əgər Yaponiya 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi hüququ əldə edərsə, biz dünyada təkrarı olmayan olimpiada təşkil edə bilərik. Mən əminəm ki, Tokionun ev sahibi olduğu Olimpiya oyunları əvvəlkilərdən kəskin şəkildə fərqlənəcək». Bu sözləri xizək idmanı üzrə ikiqat Olimpiya çempionu, «Tokio-2020» Təşkilat Komitəsinin nümayəndəsi Kendzi Ogivara deyib.
Qeyd edək ki, Olimpiada-2020-nin ev sahibliyi uğrunda Tokio ilə yanaşı Madrid və İstambul şəhərləri də mübarizə aparır. Beynəlxalq Olimpiya Komitəsi (BOK) olimpiadanın ev sahibinin adını bu il sentyabrın 7-də Buenos-Ayresdə açıqlayacaq.
Mart ayının əvvəllərində BOK-un xüsusi komissiyası Yaponiyada olub. Komissiya namizədlik uğrunda mübarizədə Tokionun şansını yüksək qiymətləndirib. Xatırladaq ki, Yaponiyanın paytaxtı 1964-cü ildə keçirilən XVIII Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.