Bakı Olimpiya Stadionuna direktor təyin olunub

Bakı Olimpiya Stadionuna direktor təyin olunub


Gənclər və İdman Nazirliyi Bakı Olimpiya Stadionunu AFFA-ya uzunmüddətli təmənnasız istifadəyə verib. AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub.
Qarayev Cavid Azər oğlu 1977-ci il sentyabrın 14-də anadan olub. O, Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya ixtisası, Rusiyanın San-Marino Universitetini Biznes və İdarəetmə ixtisası üzrə magistr dərəcəsi, American University in London (hazırda American Intercontinental University, London) "Biznesin idarə olunması” üzrə bakalavr dərəcəsi üzrə, eləcə də Londonda EF English First Language Məktəbini bitirib. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.