AİPS-in 76-cı konqresində bir sıra məsələlər müzakirə olunub

AİPS-in 76-cı konqresində bir sıra məsələlər müzakirə olunub

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən olimpnews.az saytına daxil olan məlumata görə, Aprelin 16-da Rusiyanın Soçi şəhərində Dünya İdman Jurnalistləri İttifaqının (AİPS) 76-cı konqresinin gedişində bir sıra məsələlər müzakirə olunub. AİPS-in prezidenti Canni Merlo konqres iştirakçılarını salamladıqdan sonra, dünya idman jurnalistlərinin Boston marafonunda baş vermiş terror aktını pisləyən bəyanatı oxunub. Qeyd edək ki, hadisə zamanı biri 8 yaşında olmaqla üç günahsız insan həlak olub və yüzlərlə insan yaralanıb. Konqresdə İstambul-2020 və Tokio-2020 namizəd şəhərlərin təqdimatları keçirilib. Bundan sonra 2013-də Moskvada avqustun 10-dan 18-dək keçiriləcək atletika üzrə 14-cü dünya çempionatına hazırlıqla bağlı, 2014-cü ildə Nanjinqdə keçiriləcək yeniyetmələrin növbəti Olimpiya oyunları, Belarusda keçiriləcək hokkey üzrə dünya çempionatına hazırlıqla bağlı tədimatlarla davam edib.