Sərbəst güləşçimiz Toğrul Əsgərov oktyabrın 29-da ABŞ-ın Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələri Assoasiyasının (MOKA) 20-ci Baş Assambleyasında mükafata layiq görülüb.
Xəbər verdiyimiz kimi, okrtyabrın 26-da öz işinə başlayan bu tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.
Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitələrinin Assosiasiyası öz tərkibində 206 Milli Olimpiya Komitəsini birləşdirir. MOKA-nın hər il keçirilən assambleyasında müxtəlif məsələlərin müzakirəsi ilə yanaşı, qitələr üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılma mərasimi keçirilir.
Xatırladaq ki, Toğrul Əsgərov London-2012 Yay Olimpiya və I Avropa Oyunlarının çempionudur.