Paralimpiyaçılarımızın Doha zəfəri

Paralimpiyaçılarımızın Doha zəfəri


Qətərin Doha şəhərində atletika idman növü üzrə keçirilən lisenziya xarakterli dünya çempionatında Azərbaycan paralimpiyaçıları uğurla yarışırlar. Çempionatda uzunluğa tullanma yarışlarında 7.13 m nəticə göstərən idmançımız Kamil Əliyev dünya çempionu adına layiq görülüb. Bu nəticə paralimpiaçımıza Rio-2016 Yay Paralimpiya Oyunlarına lisenziya qazandırıb. Uzunluğa tullanma yarışlarında digər lisenziyanı Elçin Muradov əldə edib. O, 6.27 m nəticə göstərərək dünya çempionatının gümüş medalına da sahib çıxıb. Paralimpiyaçımız İradə Əliyeva nizəatma yarışlarında uğurla mübarizə aparıb. İdmançımızın əldə etdiyi 44.18 m nəticə yeni dünya rekordunu müəyyənləşdirib. Dünya çempionu tituluna layiq görülən İradə Əliyeva Rio olimpiadasına birbaşa vəsiqə qazanıb. Paralimpiyaçılarımız qaçış yarışlarında da uğurla mübarizə aparıblar. Belə ki, təmsilçimiz Yelena Çebanu 100 m məsafə üzrə yarışda gümüş medal əldə edib. Bu nəticə təmsilçimizin Rio-2016 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanmasına imkan verib.
Beləliklə, Azərbaycan paralimpiyaçıları gələn il Rio-de Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarına 11 lisenziya qazanıblar.

Cüdo
İlham Zəkiyev (+100 kq)
Səbinə Abdullayeva (57 kq)
Ramil Qasımov (73 kq)
Bayram Mustafayev (60 kq)

Üzgüçülük
Dmitri Saley
Roman Saley
Pouerliftinq
Elşən Hüseynov

Atletika
Kamil Əliyev
Elçin Muradov
İradə Əliyeva
Yelena Çebanu