Oleq Stepko Rio-2016 Olimpiadasına lisenziya qazanıb

Oleq Stepko Rio-2016 Olimpiadasına lisenziya qazanıb



Azərbaycan təmsilçisi Oleq Stepko 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
"Olimpnews.az” xəbər verir ki, 21 yaşlı gymnast bu uğura Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən dünya çempionatında imza atıb.
Stepko paralel qollarla final hərəkətlərində 15,966 xalla bürünc medala sahib olub. Çinli Hao Yu 16,216 xalla qızıl, ukraynalı Oleq Vernyayev 16,066 xalla gümüş medala yiyələnib. Əsasnaməyə görə, hər 3 mükafatçı Rio-2016-da iştirak hüququ qazanıb.
Qeyd edək ki, Oleq Stepko Bakı-2015 I Avropa Oyunlarında  5 medal -1 qızıl, 2 gümüş, 2 bürünc qazanıb.