“Hünər meydanı” turniri başa çatıb

“Hünər meydanı” turniri başa çatıb



Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında "Hünər meydanı” respublika seçim turniri başa çatıb.
Yarışların ilk günündə yunan-Roma güləşi üzrə müxtəlif çəki dərəcələrində 120 yeniyetmə pəhləvan mübarizə aparıb. İslam Bazarqanov (Atasport), (Sumqayıt, "Təhsil” İC), Əfqan Xaşalov ("Zenit” İC), Əli Rəhimzadə (DİN İC), Pənah İlyaslı və Sənan Əlizadə (hər ikisi Qəbələ), Hacımurad Məhəmmədsəidov, Nurməhəmməd Hacıyev və Alimaqomed Alixmayev (hər üçü "Atasport”) yarışlardan qalib ayrılıblar.
169 yunan-Roma güləşçisinin gərgin mübarizə apardığı son yarış günündə ən güclülər müəyyənləşib. Yarışların qalibi adını Ziyad Zeynalov (Neftçi İK), Nofəl Babayev (Sumqayıt), Mikayıl Rəhmanov (Neftçi İK), İslambek Dadov (Atasport), Sənan Əlimirzəyev (Gömrükçü İSM), Nicat Abdullayev (Beyləqan), Adambek Sidukov (Atasport), Cavid Feyziyev (Pəhləvan) qazanıblar.
"Hünər meydanı” respublika seçim turnirinə baş hakimliyi Azərbaycan Güləş Federasiyasının hakimlər kollegiyasının sədri Bəhmən Talebi edib.
Gənclərin yarışında ilk üç yeri tutan idmançılar medal, diplom və pul mükafatları ilə təltif olunublar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.