Sərbəst güləşçilər beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Sərbəst güləşçilər beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar



Vladiqavqazda Əməkdar İdman ustası Yuriy Qusovun xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında memorialda iştirak edəcəklər.
Noyabrın 12-dən 14-dək keçiriləcək beynəlxalq turnirdə millimizin heyətində Əliabbas Rzazadə (50 kq), Qadisa Qeriya (60 kq), Orxan Abbasov, Kamil Hüseynov (hər ikisi 66 kq), İsmayıl Abdullayev (74 kq), Murad Xalıqov, Axra Cergeniya (hər ikisi 84 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) mübarizə aparacaq.
Yarışda 1995-1997-ci il təvəllüdlü güləşçilər qüvvələrini sınayacaqlar.
Görüşlərin idarə edilməsində ölkəmizi Murad Əliyev təmsil edəcək.