Aerobika gimnastikası üzrə Avropa çempionatında ilk dəfə

Aerobika gimnastikası üzrə Avropa çempionatında ilk dəfə



Portuqaliyanın Elvas şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatı başa çatıb.
Ölkəmizdə 2013-cü ildən inkişaf etməyə başlayan aerobika giumnastikası üzrə Avropa çempionatında Azərbaycan ilk dəfə təmsil olunub.
Çempionatda ilk olaraq kişilərin fərdi yarışlarında ölkəmizi Vladimir Dolmatov təmsil edib. Təmsilçimiz 20.150 xalla 20 iştirakçı arasında 13-ü yeri tutub. Sonra isə yarışlarda Aynur Cabbarlı, Vladimir Dolmatov, Vera Bosıx, Elçin Məmmədov və Timur Ələkbərovdan ibarət qrup qüvvəsini sınayıb. Komanda finala vəsiqə qazanaraq son nəticədə siyahıda 6-cı yerdə qərarlaşıb. Hakimlər təmsilçilərimizin çıxışlarını 19,269 xalla qiymətləndiriblər.
Xatırladaq ki, bu ilin iyunda Bakıda keçirilən I Avropa Oyunları çərçivəsində keçirilən aerobika üzrə yarışlarda qrup təsnifat mərhələsində 17.383 xalla 10-cu yeri tutub.