Bayraq Günü kollecdə qeyd olunub

Bayraq Günü kollecdə qeyd olunub

Bakı Qida Sənayesi kollecində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə əvvəlcə "Azərbaycan bayrağı” adlı film nümayiş olunub. Sonra kollecin informasiya və texnologiya fənn (birləşmə) komissiyasının sədri Bilqeyis Poladova "Azərbaycan Respublikası Dövlət Bayrağı” adlı məruzə ilə çıxış edib. Tədbirdə kollecin tələbələri tərəfindən Bəxtiyar Vahabzadənin "Bayraq” şeri və Tofiq Ağayevin "Bayraq” mahnısı səsləndirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman Nazirliyi və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının orta ixtisas təhsil müəssisələri arasında keçirilən spartakiadasında kollecin idmançıları da uğurla yarışıblar. Belə ki, atletika yarışında kollecin tələbəsi Həsənağa Xıdırov nüvəitələmə növündə III yerə çıxıb.
Gənclər və İdman Nazirliyi və "Məhsul” Kənd İdman Cəmiyyəti Respublika Şurasının "Milli xalq idman oyunları” devizi altında keçirdiyi XXVI Respublika Spartakiadası da kollecin tələbələri üçün uğurlu olub. Məktəbin 561-ci qrupunun tələbəsi Saleh Əkbərov daşqaldırma yarışında II yeri tutub. Tədbirdə bildirilib ki, kollecin Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Bütün uşaqlar sevinsin” devizi altinda "Ümid yeri” uşaq evinə yardım məqsədilə xeyriyyə kampaniyası keçirilib.