Bakı Olimpiya Stadionu daha bir oyuna ev sahibliyi edəcək

Bakı Olimpiya Stadionu daha bir oyuna ev sahibliyi edəcək



Noyabrın 17-də Bakıda futbol üzrə Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Noyabrın 14-dən etibarən oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda da bilet satışı başlayıb.
Biletləri, həmçinin "28 Mall” Alış-Veriş Mərkəzindən, "Bakcell”in Sahil müştəri xidmətlərindən və "Bakcell Arena”nın kassalarından, eləcə də www.tickets.affa.az ünvanından əldə etmək olar.
VİP sektorlara biletlərin qiyməti 10, digər yerlərə isə 1 manatdır