Gəncədə Əməkdar məşqçinin xatirəsinə respublika turniri keçirilib

Gəncədə Əməkdar məşqçinin xatirəsinə respublika turniri keçirilib



Gəncə Olimpiya Kompleksində Əməkdar Məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə böyüklər arasında 29-cu açıq respublika turniri keçirilib. Ənənəvi olaraq hər il keçirilən turnir İsax Cəfərovun xatirəsini yad etmək və idmançıların ustalıq səviyyəsini artırmaq məqsədi daşıyır.
Azərbaycan Güləş Federasiyasının 7 saylı nümayəndəliyi və Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən turnirdə respublikamızın regionlarından, eləcə də Gürcüstandan ümumilikdə 131 pəhləvan mübarizə aparıb.
İki gün davam edən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmməd Abdullayev (57 kq), Mircəlal Həsənzadə (61 kq), Fuad Məmmədov (65 kq), Omari Qurjidze (70 kq, Gürcüstan), Şöhrət Abakarov (74 kq), Maki Şimaniya (86 kq, Gürcüstan), Murad Şəfizadə (97 kq) və Etibar Yaqubov (125 kq) yüksəlib.