Azad Rəhimov Çexiyanın Təhsil, Gənclər və Idman naziri ilə görüşüb

Azad Rəhimov Çexiyanın Təhsil, Gənclər və Idman naziri ilə görüşüb


Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov noyabrın 19-dan etibarən Çexiyanın Praqa şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclaslarında iştirak etmək üçün bu ölkədə rəsmi səfərdədir. Azad Rəhimov səfər çərçivəsində Çexiyanın Təhsil, Gənclər və Idman naziri xanım Katerina Volaxova ilə görüşüb.
Çexiya Parlamentinin binasında baş tutan görüşdə çexiyalı nazir Azad Rehimovu salamladıqdan sonra, I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi münasibəti ilə təbrik edib. Hər iki ölkənin naziri öz ölkələrinin idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqda geniş məlumat verib, tədbirlərdə azərbaycanlı və çexiyalı gənclərin iştirakı yüksək qiymətləndirilib.
Nazir Katerina Volaxova görüş çərçivəsində xüsusi olaraq Avropa İttifaqının təsis etdiyi Vişeqrad sazişi və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ölkəmizin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirmiş və əməkdaşlıq üçün Azərbaycana təşəkkür etmişdir.
Görüşün sonunda hər iki ölkənin idman naziri daha sıx əməkdaşlıq istiqamətində yeni layihələrin işlənib hazırlanmasının zərurətini vurğulayıblar.