Beysbolçu üçün 217 milyon dollar ödənildi

Beysbolçu üçün 217 milyon dollar ödənildi

Dünya idman tarixində ən bahalı transferlərdən biri həyata keçirilib.
Amerika Beysbol Liqasında (MLB) azad agent statusunda olan beysbolçu Devid Prays "Boston Red Sox” komandası ilə 7 il müddətinə saziş imzalayıb. Müqavilənin qiyməti 217 milyon dollar dəyərindədir.
Bununla da Devid Prays dünya beysbolunda ən bahalı atıcı statusuna sahib çıxıb.
MLB-nin rəsmi saytında yayılan açıqlamaya görə, ötən mövsüm "Detroit Tigers” və "Toronto Blue Jays” komandalarında çıxış etmiş Prays tibbi müayinədən sonra "Boston Red Sox” ilə müqavilə imzalayacaq.