Pouerliftinqçimiz Dünya kubokunda qızıl medal qazanıb

Pouerliftinqçimiz Dünya kubokunda qızıl medal qazanıb
Dekabrın 10-da Çexiyanın paytaxtı Praqada keçirilən pouerliftinq üzrə Dünya kuboku yarışlarına yekun vurulub.
Olimpnews.az saytının məlumatına görə, turnirdə ölkəmizi dəfələrlə dünya və Avropa çempionu olmuş Bəxtiyar Quliyev təmsil edib. 110 kq çəki dərəcəsində çıxış edən idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bəxtiyar Quliyev 366 kiloqram nəticə ilə dünya rekordunu yeniləyib və mütləq çempion adını qazanıb.