Nərd ustaları açıq Azərbaycan çempionatında yarışacaqlar

Nərd ustaları açıq Azərbaycan çempionatında yarışacaqlar


Dekabrın 18-də Çuxur-Qəbələ Kompleksində nərd üzrə açıq Azərbaycan çempionatı start götürəcək. Olimpnews.az saytının məlumatına görə, turnir Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Azərbaycan Nərd Federasiyasının təşkilatçılığı ilə keçiriləcək. Çempionatda paytaxtla yanaşı, müxtəlif bölgələrdən 200-dən çox nərd ustası iştirak edəcək. Nərdin həm uzun, həm də qısa növləri üzrə keçiriləcək yarışların baş hakimi Əlfiqar Qasımov olacaq. Dekabrın 20-də başa çatacaq turnirdə qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.