Dekabrın 11-də aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirilib. Milli Gimnastika Arenasının köməkçi zalında təşkil edilən yarış ölkəmizdə ilk dəfədir ki, keçirilir.
"Olimpnews.az xəbər ki, yarışlarda "Ocaq Sport İdman Klubu” İdman Birliyini təmsil edən 30-dan artıq gimnast qüvvəsini sınayıb. Turnirdə 6-8 yaş arasında oğlan və qızlar fərdi proqramda, həmçinin qarışıq cütlük və üçlüklərdə qüvvələrini sınayıblar.
Fərdi proqramda qızlar arasında 8 yaşlı Ayan Əliyeva hakimlərdən daha çox bal (14, 067) toplayaraq fəxri kürsünün ən yüksək pilləsində qərar tutub. Məryəm Topçubaşova (13,716) 2-ci, Azərin Məmmədova (13,683) isə 3-cü yeri tutub. 6-8 yaş arasında qarışıq cütlük və üçlüklərin yarışında iştirakşı sayı az olduğundan fərqlənənlərə Azərbaycan Gimnastika Federasiyası tərəfindən müxtəlif qiymətli hədiyyələr təqdim olundu.
Birincilikdə 9-11 yaşlı qızlar fərdi proqram, üçlük və qrup üzrə öz bacarıqlarını nümayiş etdirdilər. Bu yarışda da iştirakçı sayı az olduğundan nümunəvi çıxış nümayiş etdirənlər hədiyyələrlə mükafatlandırıldılar.
12-14 yaşlı yeniyetmə idmançıların fərdi çıxışlarında isə Əminə Zamanova və Mələk Kərimova fərqləndilər. Əminə Zamanova gözəl oyun nümayiş etdirərək hakimlərdən 15,817 bal aldı. Mələk Kərimova isə yarışı 15, 416 balla başa vurdu.
Səadət