Qadın güləşçimiz beynəlxalq yarışda bürünc medal qazanıb

Qadın güləşçimiz beynəlxalq yarışda bürünc medal qazanıb


Çuvaş Respublikasının paytaxtı Çeboksari şəhərində qadın güləşi üzrə açıq Rusiya kuboku yarışları keçirilib.

Turnirdə Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançıların iştirak edib. Yığma komandamızı bu yarışda təmsil edən 3 güləşçidən ikisi açıq Rusiya kuboku yarışlarında bürünc medal uğrunda görüşə çıxıb.

53 kq çəkidə mübarizə aparan Leyla Qurbanova 1/8 finalda Stalvira Orşuşu, 1/4 finalda Yekaterina Krasnovanı üstələyib. Yarımfinalda Monqolustan təmsilçisi Otqontsetseq Davaasuxa 2:3 hesabı ilə məğlub olub. Bürünc medal uğrunda görüşdə Qazaxstan təmsilçisi Juldız Eşimovaya məğlub olan Leyla Qurbanova turniri 5-ci sırada tamamlayıb.

Tatyana Omelçenko (60 kq) mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşdə Yelizaveta Sorokina üzərində tam üstünlüklə qələbə qazanan güləşçimiz növbəti görüşdə Lyubov Ovçarovaya məğlub olub. Rəqibin finala çıxması ilə Tatyana Omelçenko bürünc medal şansı əldə edib. Həlledici görüşdə Yekaterina Vyunova üzərində (5:0) qələbə qazanan güləşçimiz yarışın bürünc medalına sahib olub.