4 yunan-Roma güləşçimiz ilk beşlikdə yer alıb

4 yunan-Roma güləşçimiz ilk beşlikdə yer alıb



Dünya Güləş Birliyi (DGB) bu ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.
Yunan-Roma güləşi üzrə reytinq siyahısına 12 güləşçimizin adı daxil edilib. Avropa Oyunlarının qızıl medalçısı, ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatının qalibi Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir güləşçimiz son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramovdur. O, reytinqdə ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir. O, bundan əvvəlki reytinq sıralamasında 4-cü idi. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti reytinq siyahısında mövqeyini bir pillə də yaxşılaşdırıb. Ötən siyahıda 5-ci olan güləşçimiz, bu dəfə ilk dördlükdə qərarlaşıb.
Daha 4 güləşçimiz də ilk onluqda yer alıb. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sırada yer alıblar.