“Lonq -Big” turniri yenidən keçirilə bilər

“Lonq -Big” turniri yenidən keçirilə bilər

2015-ci ildə "Formula-1” yarışları ABŞ-da üç mərhələdə təşkil oluna bilər. "Motor Sport” qəzetinin yaydığı məlumata görə, "Formula-1” turnirinin rəhbəri Berni Ekklstoun uzun illər bundan əvvəl Los-Ancelesdə keçirilən "Lonq-Big” turnirini yenidən "Formula-1”in təqviminə salmaq niyyətindədir. Xatırladaq ki, "Lonq-Big” yarışları 1976-1983-cü illərdə keçirilib. 
Lakin sonradan bu yarışlar dayandırılıb və şosenin sahibləri "İndy Car” turniri ilə müqavilə bağlayıblar. Gələn il bu müqavilə başa çatacaq. Fürsətdən yararlanmaq istəyən Berni Ekklstoun ABŞ-da keçirilən "Formula-1” yarışlarının sayını artırmaq qərarına gəlib. Onun planına görə, "Lonq-Big” yarışları 2015-ci ildə start götürəcək. Məlumat üçün bildirək ki, Ostində 2012-ci ildən ABŞ Qran-pri turniri keçirilir. Gələn il isə Nyu-Cersi Qran-pri mərhələsi təşkil olunacaq.