AİJA ilin idman laureatlarını seçdi

AİJA ilin idman laureatlarını seçdi


Azərbaycan İdman Jurnalistləri (AİJA) Assosiasiyası 2015-ci ilin yekunlarına əsasən ilin idman laureatlarının adlarını açıqlayıb. Azərbaycanın Birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva İlin idman xadimi seçilib. AİJA-nın sorğusuna əsasən idman qəzetləri arasında ilin qazeti nominasiyasının qalibi «Olimpiya dünyası» qəzeti olub. Qəzetin şöbə müdiri Səadət Hakiyeva isə ilin idman jurnalisti adına layiq görülüb.

2015-ci ilin idman laureatları

İlin idman xadimi
Mehriban Əliyeva
Azərbaycanın Birinci Xanımı, Bakı-2015 Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri

İlin idman təşkilatçısı
Arif Rəhimov
«Formula-1» üzrə «Bakı Şəhər Halqası» şirkətinin icraçı direktoru

İlin İdman Jurnalisti
İdman qəzetləri üzrə - Səadət Hakiyeva («Olimpiya dünyası»)
Futbol qəzetləri üzrə - Həbib Aslanov («Futbol+»)
İdman jurnalları üzrə - Anar Əhmədov («Olimp Sport»)
Rayon Qəzetləri üzrə - İbrahim Şükürov («Yeni həyat», Masallı)
İctimai-siyasi qəzetlər üzrə - Sahib Əsədbəyli («Ədalət»)
Televiziya - Sənan Şərifzadə (ATV)
İnformasiya agentlikləri üzrə - Tengiz Məmmədov (APA)
İnternet portalları üzrə - Kənan Məstəliyev (rekord.az)

İlin fotorepartiyoru
Eldəniz Bədəlov - AFFA, «Futbol dünyası»

İlin qəzeti
İdman qəzetləri arasında - «Olimpiya dünyası»
Futbol qəzetləri arasında - «Futbol+»
Rəsmi qəzetlər arasında - «Xalq qəzeti»
İctimai-siyasi qəzetlər arasında - «525-ci qəzet»
Rus dilində çıxan qəzetlər arasında - «Exo»

İlin idman telekanalı
İctimai televiziya
İlin idman radiosu
Azərbaycan Radiosu

İlin idman nəşri
«Şuşalı Qaçay pəhləvan» kitabı, Bakı-2015. Müəllif Əbülqasım Yəhya oğlu Novruzov

İlin idman mətbuat xidməti
Peşəkar Futbol Federasiyasının (PFL) mətbuat xidməti

İlin internet portalı
İdman saytları arasında - "apasport.az”
İnformasiya saytları arasında - "report.az”

İdmanı ən yaxşı işıqlandıran informasiya agentliyi
AzərTAC

İlin idmançısı
(qadınlar)
1. Boyanka Kostova - ağırlıqqaldırma üzrə dünya çempionu
2. İrina Zaretskaya - karate üzrə Avropa Oyunlarının çempionu
3. İradə Əliyeva - nizəatma üzrə dünya çempionu (paralimpiya)

(kişilər)
1. Elvin Məmişzadə - boks üzrə dünya çempionu
2. İlham Zəkiyev cüdo, Avropa çempionu üzrə dünya kubokunun qalibi (paralimpiya)
3. Oleq Stepko - idman gimnastı, Avropa Oyunlarında 5 medal qazanıb

İlin komandası
1. "Qarabağ” FK - Ölkədaxili yarışlarda və Avrokuboklarda uğurlu çıxış
2. Boks üzrə milli komanda (kişilər) - Dünya çempionatında yüksək nəticə
3. Taekvondo üzrə milli komanda - Dünya kubokunun qalibi

İlin məşqçisi
1. Pedro Roque - boks üzrə milli komandanın baş məşqçi
2. Qurban Qurbanov - "Qarabağ” FK-nın baş məşqçisi
3. Reza Mehmandost - Taekvondo üzrə milli komandanın baş məşqçisi

İlin idman hakimi
Əliyar Ağayev - Futbol üzrə Avropa Liqasının qrup oyununu idarə edib

İlin idman azarkeşi
Fədai Rəhimov


    Əziz həmkarlarımız, məsləkdaşlarımız. Sizi qarşıdan gələn 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edir, Azərbaycanımızın tərəqqisi, idmanımızın inkişafı yolunda fədakar fəaliyyətinizdə uğurlar və yaradıcılıq zirvələri arzulayırıq.