"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin səhhəti ilə bağlı son durum barədə məlumat verilib.
Almaniyanın "Bunte" jurnalına istinadən verdiyi məlumata görə, pilotun vəziyyətinin müsbətə doğru getdiyi və gəzə biləcəyi bildirilir. 2 il öncə keçirdiyi xizək qəzası nəticəsində komaya düşən, daha sonra ev şəraitində müalicəsi davam etdirilən 46 yaşlı Şumaxerin köməklə bir neçə addım atdığı qeyd olunub. Hazırda pilotun müalicəsi evdə bir qrup həkim və terapevt tərəfindən davam etdirilir.
Qeyd edək ki, Mixael Şumaxer qəzadan sonrakı həyatını yataqda keçirir.