Beynəlxalq İdman Mətbuatı Assosiasiyası-nın 77-ci konqresinin Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası-nın 77-ci konqresinin Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır



Rusiyanın Soçi şəhərində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 76-cı konqresinə yekun vurulmuşdur.
Konqresin sonuncu günü Rusiya baş nazirinin müavini Dmitri Kozak AİPS-in bayrağını Azərbaycan Mili Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim etmişdir.
Çingiz Hüseynzadə çıxış edərək gələn il AİPS-in 77-ci konqresinin yüksək səviyyədə təşkil ediləcəyini qeyd etmiş və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirmişdir.
Konqresin bağlanış mərasimində AİPS konqresinin Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır.
Müqaviləni AİPS prezidenti Cianni Merlo və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə imzalamışlar.