Dünən Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirildikdən sonra final yarışlarına start verilib.
"Olimpnews.az” xəbər verir ki, ilk yarış günündə 57 kq, 61 kq, 65 kq, 70 kq və 74 kq çəki dərəcələrində 152 nəfər sərbəst güləşçi mübarizə aparıb.
Mahir Əmiraslanov (57 kq), Cahid Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Qitinomaqomed Hacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq) bütün rəqiblərindən güclü olmaqla Azərbaycan çempionatının qızıl medalını qazanıblar.
Qeyd edək ki, yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilirlər.