Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.
"Olimpnews.az” xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə 75, 80 kq, 85 kq, 98 kqvə 130 kq çəki dərəcələrində 96 güləşçi mübarizə aparır.
Hər çəki dərəcəsi üzrə ilk üç yeri tutacaq güləşçilər yığma komandanın heyətinə cəlb ediləcək, müvafiq diplom, medal, pul mükafatı və tam dəst idman geyimi ilə təltif olunacaqlar.