Bakı İdman Sarayında güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb.
Dekabrın 27-də 75 kq, 80 kq, 85 kq, 98 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 96 güləşçi mübarizə aparıb. Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), Rafiq Hüseynov (85 kq), Türmən Eyyubov (98 kq) və Oyan Nəzəriani (130 kq) bütün rəqiblərindən üstün olmaqla Azərbaycan çempionu adını qazanıblar.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunublar. Həmin güləşçilər yığma komandanın heyətinə cəlb ediliblər.