Afina-2004 Yay Olimpiya Oyunlarının 200 metr məsafəyə qaçış üzrə çempionu Şon Krouford 2 il heç bir yarışda iştirak edə bilməyəcək. ABŞ Antidopinq Komitəsi (USADA) diskvalifikasiya ilə cəzalandırılıb. Buna səbəb Kroufordun, harada olması ilə bağlı, USADA-ya məlumat verməməsidir. Ümumdünya Antidopinq Agentilyi nin (WADA) qaydalarına görə, idmançılar yerləşdikləri məkanla bağlı məlumat verməlidirlər. Bu, idmançılardan dopinq analizi götürmək üçün lazımdır. Şon Krouford son 18 ay ərzində 3 dəfə harada olmasını gizlədib. Olimpiya çempionundan məlumat ala bilməyən USADA onu 2 il müddətinə diskvalifikasiya edib. Bu idmançı karyerasına 2001-ci ildə başlayıb və ən böyük nailiyyəti Afina-2004 Olimpiadasında qızıl medal qazanmasıdır.