Londonun hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndiriblər

Londonun hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndiriblər



Həftənin bazar günü Böyük Britaniyada keçiriləcək London marafonunda təhlükəsizlik tədbirləri gücləndiriləcək. "Biz təhlükəsizlik tədbirlərini gücləndirmək üçün ciddi iş rejiminə keçmişik”. Bu sözləri London şəhəri Skotland-Yard polis bölməsinin rəisi xanım Culiya Pendri deyib. 
Onun sözlərinə görə, gücləndlirilmiş iş rejimi bazar günü London marafonunda iştirak edənlərin təhlükəsizliyi üçün tətbiq edilib. İştirakçıların özünü rahat hiss etməsi məqsədilə şəhərdə polis patrullarının sayı artırılıb. Asayiş keşikçiləri küçələrdə axtarış itlərinin xidmətindən istifadə etməyi planlaşdırırlar.
Qeyd edək ki, London marafonu ənənəvi olaraq hər il keçirilir.