Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti Tomaş Bax deyib ki, Soçi-2014 Olimpiadasında təhlükəsizliyin təminatı prioritet məsələ olmalıdır. "Boston marafonunda baş verən terror aktı hamımızı narahat edir. Həyata keçirilən partlayışla idman yarışlarının təhlükəsizliyin ciddi şəkildə qorunmasını önə çəkir. Bu baxımdan, hesab edirəm ki, Soçi-2014 Qış Olimpiya Oyunlarında idmançıların və turistlərin təhlükəsizliyi yüksək səviyyədə həyata keçirilməlidir. Əminəm ki, Rusiya hökuməti Soçidə heç bir hadisənin baş verməməsi üçün əlindən gələni edəcək. Unutmaq olmaz ki, ən vacib məsələ təhlükəsizliyin təminatıdır”, - deyə Tomaş Bax Soçidə təşkil olunan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının konqresində bildirib.