Tələbələrə spartakiadanın mükafatları təqdim olundu

Tələbələrə spartakiadanın mükafatları təqdim olundu

"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının orta ixtisas məktəblərinin tələbələri arasında təşkil etdiyi XII Respublika Spartakiadasının yekunu ilə əlaqədar Bakı Qida Sənayesi Kollecində tədbir keçirilib.

Qeyd olunub ki, spartakiada yarışlarında kollecin komandası basketbol, şahmat, atletika və stolüstü tennis idman növlərində üçüncü yeri tutub. Buna görə kollecə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bədən Tərbiyəsi və İdman Mərkəzinin diplomu təqdim edilib. Kollecin qızlardan ibarət komandası spartakiada yarışlarında üçüncü yerə çıxdığına və bütün yarışlarda fəal iştirakına görə Təhsil Nazirliyi Bədən Tərbiyəsi və İdman Mərkəzinin və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının diplomu və kuboku ilə mükafatlandırılıb.