“Old Trafford”da reqbi olmayacaq

“Old Trafford”da reqbi olmayacaq


"Mançester Yunayted”in rəhbərliyi 2015-ci ildə reqbi üzrə Dünya kubokunun oyunlarının keçiriləcəyi stadionların siyahısından "Old Trafford”u çıxarıb. Arenada üç reqbi qarşılaşması keçirilə bilərdi, amma "mankunianlar” meydanın ort örtüyünün yararsız hala düşəcəyindən çəkinərək fikirlərini dəyişiblər.
Turnirin təşkilatçılarının "Etihad Stadium”la bağlı artıq "Mançester Siti” ilə danışıqlara başladıqları bildirilir.