Nəhənglərimiz Macarıstanda iki medal qazandılar

Nəhənglərimiz Macarıstanda iki medal qazandılar

Yanvarın 9-12-də Macarıstanın Erd şəhərində sumo üzrə böyüklər arasında "A" kateqoriyalı beynəlxalq turnir keçirilib. Olimpnews.az saytının məlumatına görə, turnirdə Macarıstan, Polşa, Estoniya, Almaniya, Ukrayna, İtaliya, Latviya İsveçrə və Azərbaycan idmançıları mübarizə aparıblar. Kişilər və qadınlar arasında keçirilən yarışda 350 atlet qüvvəsini sınayıb. Yarışda ölkəmizi məşqçi Rəsul Həsənovun rəhbərliyi altında iki kişi və bir qadın idmançı təmsil edib. İdmançılarımızdan Səlim Ələkbərov 115 kq çəki dərəcəsində yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb. Digər təmsilçimiz Fuad Muradov isə 70 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.

Qızların mübarizəsində isə yeganə təmsilçimiz Leyla Həsənəva (55 kq) beşinci yeri tutub. Qaliblər diplom və medallarla təltif olunublar.

Məlumat üçün qeyd edək ki, beynəlxalq dərəcəli hakim Rəsul Həsənov həm də yarışda ədaləti qoruyub. O, turnirin yarımfinal və final görüşlərini idarə edib.