İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku” beynəlxalq turniri keçirilir. Turnirdə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mübarizə aparırlar.
İlk yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz günü 1 bürünc medalla başa vurublar.
Yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Sakit Quliyev 59 kq çəki dərəcəsində fəxri kürsüdə yer alıb və turnirin bürünc medalına yiyələnib.
Yarışların ikinci günündə 57 kq, 61 kq, 74 kq və 86 kq çəkidə sərbəst, 71, 75, 80 və 85 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.