Təmsilçimiz mövqeyini qorudu

Təmsilçimiz mövqeyini qorudu

Beynəlxalq Triatlon Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində mövqeyini qoruyub. Birinci Avropa Oyunlarının mükafatçısı 2497,32 xalla yenə 23-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq cədvəlinə isə ispaniyalı Xavyer Qomes liderlik edir.