İngiltərəli müğənniyə etiraz

İngiltərəli müğənniyə etiraz

Parislilər Şri-Lanka əsilli MİA adlı müğənniyə məktub göndərərək, onun qaçqınlarla bağlı çəkilmiş "Borders” klipinin yayımdan çıxarılmasını tələb ediblər.

Olimpnews.az saytının məlumatına görə, buna, klipdə PSJ-nin futbolkasını geyinən qadın müğənninin forma üzərində "düzəlişlər” etməsi səbəb olub. Belə ki, müğənni formanın üzərindəki "Fly Emirates” reklamını "Fly Pirates” sözü ilə əvəz edib.

Müğənni özünün şəxsi "instaqram” hesabında fransalıların ona göndərdiyi məktubu paylaşıb. Məktubda qadın müğənninin klipi yayımdan çıxarmayacağı təqdirdə, onunla bağlı şikayət ediləcəyi qeyd olunub.