Tehranda böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi "Təxti Kuboku” beynəlxalq turniri keçirilib.
turnirdə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandalarımızın üzvləri mübarizə aparıblar. Güləşçilərimiz turniri 2 bürünc medalla başa vurublar.
İlk yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimizdən Sakit Quliyev (59 kq) turnirin bürünc medalına sahib olub.
Turnirin ikinci yarış günündə isə sərbəst güləşçimiz Mircəlal Həsənzadə (57 kq) üçüncü olub.
Yarışda ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.