Lamin Diakın adı korupsiyada hallandırılır

Lamin Diakın adı korupsiyada hallandırılır
Almaniyanın Münhen şəhərində Dünya Antidopinq Agentliyinin (WADA) müstəqil komissiyasının hesabat məruzəsinin ikinci hissəsi çap olunub.

Olimpnews.az saytının məlumatına görə, burada Dünya Yüngül Atletika Federasiyasının (İAAF) keçmiş prezidenti Lamin Diakın Türkiyə Təşkilat Komitəsinin nümayəndələri ilə danışıqları barədə açıqlamalar verilib. Həmin vaxtlar Türkiyənin İstanbul şəhəri Olimpiada-2020-yə ev sahibliyi uğrunda Yaponiyanın Tokio şəhəri ilə mübarizə aparırdı. Lamin Diak həm də Beynəlxalq Olimpiya Komitəsinin üzvü idi.

Nəticədə seneqallı mütəxəssis yaponlara dəstək verib. Ehtimal olunur ki, olimpiadaya ev sahibliyi uğrunda mübarizədə qalib gəlmək üçün yaponlar İAAF və ya "Brilyant liqa”ya 4 və ya 5 milyon dollar vəsait ödəyiblər. Buna görə də Türkiyə Diaka səs verməkdən imtina edib.