Mikayıl Müşfiqin xatirəsi yad edildi

Mikayıl Müşfiqin xatirəsi yad edildi
"Cahan İdman Klubu” İB-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Olimpnews.az saytının məlumatına görə, mərhum şairin ölümünün 78 illiyinə həsr olunan tədbirdə şairlər, yazıçılar, elm və incəsənət xadimləri ölməz şairin həyat və yaradıcılığı haqqında danışaraq, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən geniş söhbət açdılar.

Tədbirdə çıxış edən "Cahan İdman Klubu” İB-in sədri Elçin Eyvazov tədbir iştirakçılarından Firudin Qurbansoy, Sənan Talıbov, Minayə Feyzullayeva və digərləri mərhum şair Mikayıl Müşfiqin çox qısa sürən yaradıcılıq həyatına baxmayaraq özü haqqında acı və şirin xatirələr qoyduğunu bildirdilər.

Tədbir iştirakçıları görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu qeyd etdilər. Bildirildi ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Mikayıl Müşfiqin şeirləri dillər əzbəridir.
Tədbirdə qonaqlar şairin şeirlərindən parçalar da səsləndirdilər.