RUSADA-nın səlahiyyətləri bərpa olunur?

RUSADA-nın səlahiyyətləri bərpa olunur?
Rusiyanın Antidopinq Agentliyinin (RUSADA) səlahiyyətləri qismən bərpa olunur. Bunu Rusiyanın idman naziri Vitali Mutko bildirib.

Nazirin sözlərinə görə, Anna Antselioviçin RUSADA-nın baş direktoru vəzifəsinə namizədliyi Ümumdünya Antidopinq Agentliyini (WADA) də qane edir. Hazırda Antselioviç baş direktor səlahiyyətlərini icra etməkdədir.

Qeyd edək ki, ötən ilin noyabrında WADA Rusiyanı antidopinq qaydalarını pozmaqda ittiham etmiş, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası isə təşkil etdiyi bütün yarışlardan rusiyalı atletlərin kənarlaşdırılmasına qərar vermişdi.