Xaçmaz Uşaq-Gənclər İdman Məktəbində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə birincilik təşkil edilib. 12-13 yaşlı uşaqlar arasında 10 çəki dərəcəsində keçirilmiş yarışda 90 güləşçi medallar uğrunda mübarizə aparıb. Rayon təhsil şöbəsi ilə birgə təşkil olunmuş birinciliyin məqsədi ümummilli lider Heydər Əliyev irsinin təbliği, uşaqlar arasında güləşə marağın daha da artırılmasından ibarət olub. Turnirdə qalibləri diplom və medallarla mükafatlandırıblar.