Konkurçular “Sərhədçi kuboku” uğrunda yarışacaqlar

Konkurçular “Sərhədçi kuboku” uğrunda yarışacaqlar

Bu gün Novxanı qəsəbəsindəki "Sərhədçi” Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə M*-S** kateqoriyalı yarış keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçiriləcək yarışın ümumi mükafat fondu 5 min manatdır.

Yerli hakimlər kollegiyasının nəzarət edəcəyi yarışda müxtəlif klubların idmançıları "Sərhədçi kuboku” uğrunda mübarizə aparacaqlar.