Binəqədidə “Cırtdan” yarışları

Binəqədidə “Cırtdan” yarışları

Aprelin 19-da Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən XXV Spartakiadanın proqramına daxil olan "Cırtdan” üzrə rayon birinciliyi keçirilib.
100 saylı orta məktəbdə 16 komandanın tərkibində 320 nəfər idmançının iştirakı ilə keçirilən yarşın məqsədi yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi, idmanın inkişaf etdirilməsi, rayonun yığma komandasının şəhər birinciliyində çıxışının təmin edilməsi olub.
Birincilikdə 244 saylı məktəb komandası qalib gəlib. 115 saylı məktəb komandası ikinci, 100 saylı orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.