Güləşçimiz İstanbulda bürünc medal qazanıb

Güləşçimiz İstanbulda bürünc medal qazanıb



İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq güləş turniri keçirilir.
Ahmet Cömert Spor Salonunda təşkil olunan turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparır.
İlk yarış günündə 59 kq, 71 kq, 80 kq və 98 kq çəkidə güləşçilər yarışıblar. Millimiz günü 1 bürünc medalla başa vurub.
Turnirdə 59 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Kərim Cəfərov üçüncü yer uğrunda Qırğızıstan təmsilçisi Arsen Yeraliyevi məğlub edərək bürünc medal qazanıb.
Digər idmançılarımız Emin Əhmədov (80 kq) və Orxan Nuriyev (98 kq) isə bürünc medal uğrunda mübarizədə məğlub olublar.