İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq güləş turniri başa çatıb.
"Olimpnews.az" xəbər verir ki, Ahmet Cömert Spor Salonunda təşkil olunan turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparıb. Güləşçilərimiz turniri 2 medalla tamamlayıblar.
Kərim Cəfərov (59 kq) və İslambek Dadov (66 kq) beynəlxalq turnirdən vətənə bürünc medalla qayıdıblar.
Digər idmançılarımız Emin Əhmədov (80 kq) və Orxan Nuriyev (98 kq) isə bürünc medal uğrunda mübarizədə məğlub olublar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.