Tehranda yüksək nəticə

Tehranda yüksək nəticə
İranın paytaxtı Tehranda karate üzrə beynəlxalq turnir keçirilib.

Olimpnews.az saytının məlumatına görə, karateçilərimiz 11-ci "Tehran zamin” kuboku yarışlarında gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi altında iştirak ediblər. Müxtəlif yaş qrupları üzrə yarışlarda qüvvəsini sınayan karateçilərimiz 13 medal qazanıblar. Turnirdə Roman Heydərov (kata,16-17 yaşlılar), Şahin Quluzadə (67 kq, 18-21 yaşlılar) və Aysel Babayeva (50 kq, böyüklər) qızıl medal əldə ediblər.

Vüsal Kamallı (75 kq, 18-21 yaşlılar), Sərxan Quluzadə (84 kq-dan yuxarı) və Asya Məlikova (50 kq) gümüş mükafata sahib olublar. Bürünc medalları isə Roman Heydərov (kata), Aytac Əliyeva (55 kq, 18-21 yaşlılar), Ülviyyə Məmmədova (55 kq, 18-21 yaşlılar), Tural Ələkbərli, Elvin Əhmədli (hər ikisi 60 kq, böyüklər), Novruz Əliyev (75 kq) və Turqut Həsənov (84 kq) qazanıblar.

Məlumat üçün qeyd edək ki, yarış həm də yeniyetmə və gənclər üçün fevralın əvvəlində Kiprdə keçiriləcək növbəti Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.