"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİCİB) sərbəst güləş üzrə yeniyetmələr arasında açıq birinciliyi keçirilib.
Olimpnews.az saytının məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqı İdman Təşkilatları Birliyinin idman zalında təşkil edilən yarışda 1999-2001-ci il təvəllüdlü güləşçilər qüvvələrini sınayıblar. Birincilikdə 11 komandadan 134 nəfər idmançı medal uğrunda mübarizə aparıb.
"Zenit” BTİCİB-nin Bakı və Gəncə filialı, "Gömrük” (Bakı və Cəlilabad), "Təhsil”, "Pəhləvan”, "Məhsul” RİM, "Xosrof Cəfərov”, "Turan”, eləcə də Masallı, Qazax təmsilçilərinin iştirak etdiyi açıq birincilikdə 10 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Rəcəb Nuriyev, Ruhan Məmmədov, İbrahim Hüseynov (hamısı "Zenit”, Bakı), Vuqar Ağayev və Hüseyn Məmmədov (hər ikisi "Zenit”, Gəncə), Sənan Mustafayev (Qazax), Əvəz Həmzəyev, Fərhad İsrafilov, Sadiq Əliyev və Əvəz Əsgərov (hamısı Cəlilabad) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.