Fevral 3-6-da İran İslam Respublikasının Mazandaran şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak edəcəklər.
Heyətdə məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 9 üzvü -Əliabbas Rzazadə, Röyal Ağamalıyev (hər ikisi 50 kq), Rakif Eminov (55 kq), Tofiq Sadıqlı (60 kq), Pənah İlyaslı (66 kq), Sənan Əlizadə (74 kq), Murad Xalıqov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Rüstəm Haçberov (120 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək.