Yaşar Doğunun xatirə turnirində 5 medal

Yaşar Doğunun xatirə turnirində 5 medal



Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir keçirilir. Pəhləvanlarımız bu yarışda indiyədək 5 (1 gümüş və 4 bürünc) medala sahib olublar.

Turnirdə iştirak edən böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandanın üzvləri ilk yarış günündə 1 gümüş və 3 bürünc medal qazanıblar.

İlk yarış günündə 57 kq və 70 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıblar.

70 kq çəki dərəcəsində mübarizə aparan Hacımurad Ömərov bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Türkiyə təmsilçisinə uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib.

57 kq-da yığmamızı təmsil edən Mahir Əmiraslanov və Giorgi Edişeraşvili, həmçinin 70 kq-da təmsilçimiz Gitinomaqomed Hacıyev bürünc medal uğrunda görüşdə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Turnirin ikinci günündə 61 kq, 74 kq və 125 kq çəki dərəcələrində güləşçilər yarışıblar.
Təmsilçimiz Cəmaləddin Məhəmmədov bürünc medala layiq görülüb.
Fevralın 7-də isə 65 kq, 86 kqvə 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.